Bakıda plana düşən ərazilər: “Paytaxtda torpaq fondu məhdud olduğu üçün…” – VİDEO

“Bakıda plana düşən ərazilərdə yaşayış binalarının yerinə istirahət parkları salınır”.

Bunu Yenicag.az-a açıqlamasında Bakıda plana düşən ərazilərlə bağlı nəzərdə tutulan işləri dəyərləndirən əmlak eksperti Elnur Fərzəliyev deyib.

Bakının yeni Baş planının hazırlanması ilə əlaqədar olaraq müəyyən ərazilərin söküldüyünü qeyd edən ekspertə görə, Baş Planın əsas prinsiplərindən biri plana düşmüş ərazilərdə parklar salmaqla yanaşı, bəzi əraziləri ehtiyat torpaq kimi saxlamaqdır.

Elnur Fərzəliyev vurğulayıb ki, mənzillər sökülən zaman bazar qiymətləri nəzərə alınmır və sökülən mənzillərin hər kv metri dövlətin tətbiq etdiyi qiymətlərlə hesablanır.

Tətbiq olunan qiymətlər isə heç də vətəndaşlara sərf edən şəkildə deyil. Ona görə də mənzilləri sökülən vətəndaşlara ödənən kompensasiya elə səviyyədə olmalıdır ki, onlar başqa ərazilərdən özlərinə yeni mənzil ala bilsinlər.

Mövzuya aid videomaterialı təqdim edirik:

Gülşən Şərif