Bakıda baş verən torpaq sürüşməsinin səbəbi bilindi - YENİLƏNDİ / VİDEO
Xətai rayonunda torpaq sürüşməsi ərazidən keçən magistral su xəttindəki qəza və sızma nəticəsində baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, xətdə baş verən sızma nəticəsində torpaq qatı sürüşüb. Artıq problem aradan qaldırılıb, su xətti bərpa olunub. Hazırda ərazidə təmizlik işləri görülür.
***11:31
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.
Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.
Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üzərinə tökülüb.
İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.












