Bakıda polis bölməsinin qarşısında ölüm hadisəsi baş verib-Fotolar

85978d1788cda632c40f8632edeeec05Bakının mərkəzində ölüm hadisəsi baş verib.

Hadisə Azadlıq prospekti 75 ünvanında, 22-ci Polis Bölməsinin qarşısında qeydə alınıb. Şəxsiyyəti hələ müəyyən edilməmiş orta yaşlı kişinin vəziyyəti qəfildən pisləşib. Hadisə yerində təcilli yardım gələnədək o dünyasını dəyişib.

Mərhumun meyiti müayinə edilmək üçün ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır(APA)