Dünən gecə saatlarında Bakıda polis serjantı döyülüb.
Saat 22:00 radələrində Qara Qarayev prospektində yerləşən mağazada baş verib. Hadisəni Masallı rayon sakinləri 1998-ci il təvəllüdlü Kərim Kərimov və 1996-ci il təvəllüdlü Elmin Hacıyev törədib.
Onlar xuliqanlıq zəminində Metropolitendə Polis Şöbəsinin baş serjantı 1975-ci il təvəllüdlü Tahiq Gözəl oğlu Mikayılovun alın nahiyəsinə yumruqla vurub, sonra isə xidməti geyim formasını cıraraq yararsız hala salıblar.
Hadisə baş verən zaman polis serjantı xidmətdə olmayıb(qafqazinfo).