!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda polkovnik maşını “Kalaşnikov”la atəşə tutdu: Avtomobili tanışı sürürmüş - FOTO

!Reklam – Yazi

Bakıda avtomobilə odlu silahdan atəş açılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Xəsarət alan olmayıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Araşdırma aparılır.

Bakıda avtomat silahdan avtomobilə atəş açılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə dünən axşam saatlarında Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, keçmiş polis rəisi Rza Hacıyev tanışı, Bakı şəhər sakini Şirzad Quliyevin sürdüyü “Lexus” markalı avtomobilə əlindəki “Kalaşnikov” avtomatı ilə dəfələrlə atəş açıb. Nəticədə xəsarət alan olmasa da, avtomobil güllələrlə deşilib. R.Hacıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

845
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv