Bakıda “Prado” mikroavtobusla toqquşdu – VİDEO

Bu gün səhər saatlarında Bakının Balaxanı kəndi ərazisində dəhşətli qəza baş verib.

Bu barədə Yenicag.az-a hadisə şahidləri məlumat verib.

Məlumata görə, “Prado” markalı maşınla mikroavtobusun toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb.

Hələlik, sürücülər və sərnişinlər barədə məlumat verilmir. Hadisənin təfərrüatını öyrənməyə çalışırıq…