Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda pulsuz “Wi-Fi” artıq bu ərazilərdə də olacaq

Artıq Bakının “Qış parkı” və “Zabitlər parkı” ərazisində də “Wi-Fi”a ödənişsiz giriş təmin olunacaq.

Yenicag.Az xəbər verir ki, bunu özəl olaraq Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, işlər “ictimai Wi-Fi” layihəsi çərçivəsində aparılıb.

Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də “Axundov”, “Sabir” və “Xaqani” bağlarında ödənişsiz “Wi-Fi” təmin olunub.

Yaxın vaxtlarda ödənişsiz “Wi-Fi”ın paytaxtın “Hüseyn Cavid” və “Dədə Qorqud” parklarında da təmin edilməsi planlaşdırılır.

Yenicag.Az

www.yenicag.az

321
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM