Bakıda qaçqınların binası yanır

131596_res_01Bakıda yaşayış binası yanğın başlayıb.

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Yasamal rayaonu Şərifzadə küçəsi 2 ünvanında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında yanğın başlayıb.

Fövqalə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının qarşısının alınması üçün nazirliyin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi əraziyə cəlb edilib, hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.

Sakinlərin binadan təxliyyə edildiyi bildirilir.