Bakıda qadın avtobusdan yıxılaraq öldü

QtPzNQSUScul-300x223Bakıda avtobusdan yıxılan şəxs ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, iyulun 20-də Suraxanı qəsəbəsində Bakı şəhər sakini Sevil Şükürova Murtuza Qəhrəmanovun 104 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobusdan yıxılıb. Xəstəxanaya yerləşdirilən S.Şükürova iyulun 28-də orada ölüb.

Faktla bağlı rayon prokurorluğu araşdırmalar aparır.