Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş müvəqqəti yaşadığı mənzildən 900 ABŞ dolları və 650 manat pulunun, habelə 130 manat dəyərində ərzaq məhsullarının bir qadın tərəfindən oğurlandığını bildirib.
DİN-dən Yenicag.az-a verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə həmin şəxsi müəyyənləşdiriblər. Görülmüş tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Mehdiyeva saxlanılıb.