!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qadın ərini baltaladı - Övladlarının gözü önündə - VİDEO

!Reklam – Yazi

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, qadın ərini balta ilə başından vuraraq qətlə yetirib.

Belə ki, 45 yaşlı Vəliyev Nazim Fəxrəddin oğlu ilə həyat yoldaşı arasında tez-tez münaqişələr baş verib. Hadisə günü də ərlə-arvad dalaşıblar. Sərxoş vəziyyətdə olan Nazim Vəliyev evdə mişar daşlarını daşıyan zaman həyat yoldaşı qəfildən balta ilə başına zərbə endirib. Nazim Vəliyev aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Qətli törətməkdə şübhəli bilinən qadın Sabunçu rayon Polis idarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Cütlüyün birgə nigahdan iki övladı olub. Hadisə vaxtı uşaqlarda evdə olub.

Faktla əlaqədar Sabunçu rayon Prokurorluğunda cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam edir.

www.yenicag.az

6012
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv