Bakıda qadın ərini öldürüb

bichaqBakıda qətl törədilib. Sabunçu Rayon Prokurorluğundan APA-ay verilən məlumata görə, hadisə noyabrın 5-də Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 26 yaşlı Gülnar Mirzəyeva həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevi bıçaqlayaraq öldürüb.

Hadisəni törədən G. Mirzəyeva saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.