Bakıda qadın meyiti tapıldı

Xətaidə mənzillərdən birində 66 yaşlı qadın meyiti tapılıb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Starikova Olqa Artyomovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

COP29