Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Dünən Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi V yaşayış massivindəki mənzildə orada yaşayan 1949-cu il təvəllüdlü Gülarə Həsənova üzərinə yandırıcı maddə tökərək özünə od vurub. Ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə aparılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
İntiharın səbəbi araşdırılır.(lent)