Bakıda intihar hadisəsi baş verib.
Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 15.00 radələrində İlham Məmmədov, 15 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1983-cü il təvəllüdlü Adıgözəlova Könül Əli qızı yaşadığı binanın 9-cu mərtəbəsindən özünü atıb. Nəticədə o aldığı xəsarətlərdən yerindəcə keçinib.
Hadisənin motivi hələlik məlum deyil.
Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən araşdırma aparılır(APA).