Bakının Nəsimi rayonunda döyülmə hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, rayonun Rəşid Behbudov, 64 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Abbasova Rübabə Mirseyid qızı qonşusu tərəfindən döyülüb.
O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Yaralıya kəllə-beyin travması diaqnozu qoyulub. Qadın palataya yerləşdirilib./Report/