Bakıda qadın sevgilisini öldürdü

bicaq_787Bakıda qətl hadisəsi başı verib.

Martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Sabir Qurbanovun bıçaqla qətlə yetirilən meyiti mənzilində tapılıb.

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş, onunla qeyri-rəsmi nikah münasibətlərində olan Bakı şəhər sakini Yelena Maxrova tutulub.