!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qadın sürücü ağır qəza törətdi – VİDEO

!Reklam – Yazi

скачанные файлы (5)Bakının Xətai rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Yusif Səfərov küçəsində qeydə alınıb.

Qadın sürücünün idarə etdiyi “Mitsubishi” markalı avtomobil əvvəlcə yol kənarındakı “Toyota-Land Cruiser” markalı avtomobilə çırpılıb, daha sonra isə səkiyə çıxıb. Zərbənin gücündən “Toyota-Land Cruiser” də qarşıda dayanmış “Hyundai” markalı maşına dəyib.

Qəza zamanı sürücünün iki azyaşlı övladı da avtomobildə olub. Onlar yüngül xəsarət alıblar və hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. İdarənin əməkdaşları hadisə yerini müayinə ediblər, qəzaya səbəb olan sürücünün ifadəsi alınıb. Qadın sürücü iddia edib ki, “Mercedes Gelandewagen” markalı avtomobil yol polisi əməkdaşlarından qaçmağa çalışıb və sürətlə keçən maşınları gördükdə idarəetməni itirib. Sürücünün ifadəsinin doğru olub-olmadığı Yusif Səfərov və ətraf küçələrdəki təhlükəsizlik kameralarının görüntüləri ilə yoxlanılacaq(APA TV).

www.yenicag.az

481
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv