Bakıda qadın sürücü maşını dayanacaqdakıların üstünə sürdü – Yaralılar var

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Yenicag.az-ın məlumatına görə, hadisə Binqədi qəsəbəsində baş verib.

Hələlik şəxsiyyəti məlum olmayan qadın sürücü idarə etdiyi KİA markalı avtomobil ilə 133 nömrəli avtobusun dayancağında dayanan 2003-cü il təvəllüdlü Səmədov Əli Ceyhun oğlu və 2002-ci il təvəllüdlü Bayramov Vüsal Ramiz oğlunu vurub. Yaralıların hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan Ə.Səmədovun vəziyyəti həkimlər tərəfindən ağır kimi qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır./ONA/