Bakıda qadına çoxsaylı bıçaq zərbəsi vuran şəxsə cinayət işi açıldı – VİDEO

Avqustun 30-u saat 9 radələrində Yasamal rayonu ərazisində 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, Yasamal Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Araz İsazadənin küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nuridə Əhmədovanı qəsdən öldürməyə cəhd edib hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Araz İsazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.