Bakıda qadını maşın vuraraq öldürüb

Bakı Dairəvi-1 avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, təxminən 40-45 yaşlı qadın yolun Yasamal rayonu ərazisinə düşən hissəsində naməlum markalı avtomobil tərəfindən vurulub. Yaralı hadisə yerində keçinib.

Artıq qadının şəxsiyyəti də məlum olub. Bu, 1974-cü il təvəllüdlü Əliyeva Rənuziyə Xıdır qızıdır.

Hadisəni minik avtomobili törədib. Sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

COP29