Bakıda qadınlar aksiya keçirir

zorakiliq qiz 060813 g7Tovuzun Əyyublu kəndində 20 yaşlı qızı zorlamaqda ittiham edilən 4 nəfərdən biri – Elməddin Niyazovun ailəsi və yaxınları bu dəqiqələrdə Baş Prokurorluğun binasının qarşısında aksiya keçirir.

Bu barədə Elməddin Niyazovun atası İsgəndər Niyazov məlumat verib. Onun sözlərinə görə, aksiyanın məqsədi Baş Prokuror Zakir Qaralovun qəbuluna düşməkdir:
“Mən şəkər xəstəsiyəm, ağrıyıram. Bu üzdən aksiyaya gedə bilməmişəm. Amma aksiyada qadınlar iştirak edir. Qızın atası yalan danışır. Qız öz istəyi ilə oğlanlarla görüşə gedib. Ekspertizanın nəticəsi məlum olmadan uşaqlar həbs olunub. Onların heç birinin günahı yoxdur. İsəyirik ki, Baş Prokuror bizi qəbul etsin, dinləsin və həqiqəti üzə çıxarsın”.

Onu da bildirək ki, aksiyada 20 nəfərdən çox qadın iştirak edir.

Qeyd edək ki, Tovuz rayonunda Əyyublu kənd sakini 20 yaşlı qız cinsi təcavüzə məruz qalıb. Onun valideynləri hadisə ilə bağlı Tovuz rayon Polis Şöbəsinə müraciət edib. Dərhal müraciət əsasında araşdırmalara başlanılıb və 4 nəfər saxlanılaraq şöbəyə gətirilib. Fakta görə cinayət işi açılıb və həmin şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.

Fakta görə başlanmış cinayət işinin istintaqı davam etdirilir.