Bakının Suraxanı rayonunda qanlı hadisə baş verib.
Yenicag.az-ın məlumatına görə, Əmircan qəsəbəsində 44 yaşlı Vaqif Qərib oğlu Məhərrəmov tanımadığı şəxslə mübahisə edib. Mübahisə zamanı naməlum şəxs onun sol qulağını kəsib. Yaralı xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Hadisə barədə 31-ci Polis Bölməsinə məlumat verilib. Faktla əlaqədar araşdırmalara başlanılıb.