Bakıda 18 yaşlı oğlan bıçaqlanıb.
Sentyabrın 15-də saat 00:40 radələrində Nərimanov rayonunda yerləşən binalardan birinin blokunda 1997-ci il təvəllüdlü Muradov Nicat Tahir oğlu bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Faktla bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir. Hadisənin səbəbi, həmçinin kim tərəfindən törədilməsi məlum deyil(lent).