Bakıda qətl törədilib.
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Faiq Yusifov küçəsi 42 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Emin Çobanov bacısı Rübabəni bıçaqlayaraq öldürüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.