Bakıda qardaş qardaşı bıçaqlayıb

bicaqladi5trfdtrreyt9Bakıda bıçaqlanma hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində, Abbas Səhhət küçəsi 63, mənzil 8 qeydə alınıb.

Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Mahir Zöhrab oğlu Piriyev aralarında yaranan münaqişə zəminində qardaşı, 1979-cu il təvəllüdlü Qafar Zöhrab oğlu Piriyevi bıçaqlayıb.

Q. Piriyev ağır bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hazırda polis M. Piriyevin tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir(APA).