“112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenicag.az-a bildirilib ki, və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar:
“Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində təkər tullantıların toplandığı ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb”.