Bakıda qaz borusunda sızma – Küçədə yanğın – VİDEO

Paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yanğın baş verib.

Yenicag.az xəbər verir ki, hadisəyə səbəb həmin ərazidən keçən qaz borusundakı sızma olub.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Trend-ə bildirib ki, yanğın artıq söndürülüb:

“Təbriz küçəsində qaz borusunda sızma olub. Əraziyə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunaraq yanğın söndürülüb”.

İ.Kərbəlayevin sözlərinə görə, yaşayış evləri yanğından mühafizə edilib, hadisədə xəsarət alan olmayıb.