Reklam

Reklam

Bakı şəhər Sabunçu rayonunun Məhəmmədi və Kürdəxanı qəsəbələrində təbii qaz təchizatında məhdudiyyət yaranıb.

Yenicag.az saytının məlumatına görə, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev Trend-ə bildirib ki, saat 21:05 radələrində Sabunçu rayonu ərazisində 2-ci Zabrat Qaz Paylayıcı Stansiyasından qidalanan Zabrat-Bilgəh diametri 280 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinə paralel gedən eləcə də istismarı dayandırılmış yeraltı polad qaz kəməri naməlum şəxslər tərəfindən qazılaraq aparmaq istəyərkən polietilen qaz kəməri zədələnərək deşilmişdir.Qaz xəttində baş vermiş qəza ilə əlaqədar,şəbəkənin qaz təchizatı qayandırılmış nəticədə Sabunçu rayonu Məhəmmədi və Kürdəxanı qəsəbələrində təbii qaz təchizatında fasilə yaranmışdır.Hazırda Təmir Tikinti idarəsinin qaz qəza xidməti tərəfindən yaranmış məhdudiyyətin aradan qaldırılması üçün işlər aparılır.

Görülən təmir işləri gecə saatlarında bitəcəyindən “Təhlükəsizlik Qaydaları”nın tələbinə uyğun olaraq təbii qazın verilişi ertəsi gün təmin ediləcək.

Yaranmış məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1019
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."