Bakıda “QAZel” azyaşlını vuraraq öldürdü

Bakıda “QAZel” markalı avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb.

DİN-in mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, mayın 6-da saat 15 radələrində Suraxanı rayonunun Binə qəsəbəsində qəsəbə sakini Mehrab Səfərov idarə etdiyi “QAZel” markalı avtomobillə 5 yaşlı İbrahim Köçəriyevi vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.