Bakıda qəsəbələrin birindəki qəbiristanlıqda çayxana tikmək istəyiblər.
Yenicag.az xəbər verir ki, bu barədə “Real” TV-yə Xəzər rayonu, Binə qəsəbəsinin sakinləri məlumat veriblər
Onlar qəbiristanlığın ərazisində çay evinin tikilməsinə etirazlarını bildiriblər.
Binə bələdiyyəsindən qeyd olunub ki, həmin ərazidə çayxana tikilməsinə icazə verilməyib.