Bakıda qəbiristanlıqda yanğın – YENİLƏNDİ

Bakı şəhərinin Xətai rayonunda qəbirstanlıq ərazisində 1 ha sahədə quru ot və kol-kos yanıb. 

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

27.06.20 23:39

Bakıda qəbiristanlıq yanır. 

Yenicag.az xəbər verir ki, yanğın Xətai rayonu Xudu Məmmədov küçəsində yerləşən qəbiristanlıqda başlayıb.

Hələlik hadisənin baş vermə səbəbi ilə bağlı məlumat yoxdur.