!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda `qəlyan əməliyyatı` – 20 uşaq tutulub

!Reklam – Yazi

qelyan usaqÖncədən təsdiq edilmiş Tədbirlər planının icrası ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin aidiyyəti xidmətlərinin əməkdaşları tərəfindən paytaxtın Səbail, Nərimanov, Binəqədi, Nəsimi və Yasamal rayonlarının ərazisində fəaliyyət göstərən çay evlərində və digər iaşə obyektlərində azyaşlıların qəlyandan istifadə etmələrinin və digər zərərli vərdişlərə qurşanmalarının yoxlanılması məqsədilə vaxtaşırı olaraq reydlər keçirilir.

Bakı şəhər Baş Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, əməliyyat və profilaktiki tədbirlər nəticəsində ümumilikdə adları çəkilən rayonlardakı ayrı-ayrı obyektlərdə yetkinlik yaşına çatmayan 20 şəxs qəlyan çəkən zaman müəyyən edilərək saxlanılıb.

Hüquqazidd əməllərə yol verən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.

Bundan əlavə, yetkinlik yaşına çatmayan 3 nəfərin Binəqədi və Nəsimi rayonlarında fəaliyyət göstərən kafe və çay evlərində ofisiant kimi işlədilməsi də müəyyən edilib.

Göstərilən istiqamətdə əməliyyat və profilaktiki tədbirlər davam etdirilir.

www.yenicag.az

1144
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv