Bakıda qətl – Avtomobili qəsdən üstünə sürüb öldürdü

Bakıda 31 yaşlı kişi qətlə yetirilib.

Yenicag.az xəbər verir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində 29 yaşlı Murad Baxşıyev mübahisə zamanı idarə etdiyi “VAZ 2107” markalı avtomobillə tanışı, 1988-ci il təvəllüdlü Əliyev Rəşad Zakir oğlunu qəsdən vuraraq qətlə yetirib.

M.Baxşıyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir./Report/