Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, avqustun 11-də saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Qurbanov BMW markalı avtomobili idarə edərkən yolu keçən 60-65 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.