Bakıda QƏZA: Avtomobil azyaşlını vuraraq öldürdü

Bakıda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, sentyabrın 5-də saat 11 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Abşeron rayon sakini M.Mirqasımov idarə etdiyi “QAZ-3302” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 6 yaşlı Səid İmamverdiyevi vurub.

Ağır xəsarətlə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Faktla bağlı Binqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.