Bakıda iki avtomobilin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az-ın məlumatına görə, qəza Abdülvahab Salamzadə küçəsində qeydə alınıb. Üzü Ziya Bünyadov prospekti istiqamətində hərəkətdə olan “Lada” markalı avtomobil öndə olan 90-VM-129 dövlət nömrəli “Hyundai” markalı avtomobilə çırpılıb.
Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Qəza səbəbindən adıçəkilən ərazidə tıxac yaranıb./Trend/