Bakıda QƏZA: “Mercedes” ticarət mərkəzinə girdi – FOTOLAR

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, Mirzağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində “Mercedes-Benz” markalı avtomobillər toqquşublar.

Məlumata görə, toqquşan maşınlardan biri yaxınlıqdakı ticarət mərkəzinin vitrinini dağıdıb. Yol kənarındakı dəmir məhəccərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. /Oxu.az/