Bakıda qəza olub, xəsarət alanlar var

Hadisə Sabunçu rayonu Raman qəsəbəsində baş verib. Jiquli markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarında dayanan maşını vurub. Daha sonra hərəkəti davam etdirən Jiquli yol kənarında dayanan, avtoyuma məntəqəsinin içşisi 39 yaşlı Namiq Əhmədovu vurub.

Qəza zamanı Jiqulidə olan sərnişin 79 yaşlı Sara Əliyevada xəsarətlər alıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Xəstəxanadan yaralılarda sınıq xəsarətlərinin olduğunu bildiriblər.

Faktla əlaqədar araşdırmalar aparılır.

Yeniçağ.Az