Bakıda QƏZA: Piyada xəstəxanaya aparılarkən yolda öldü

Bakıda yol qəzası baş verib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, sentyabrın 14-ü saat 13 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini R.Həmidli idarə etdiyi “QAZ-31” markalı avtomobillə yolu keçən paytaxt sakini Svetlana Paşayevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

COP29