Bakıda QƏZA – Sürücü hadisə yerində öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, “Niva” markalı avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb. Nəticədə avtomobilin sürücüsü aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.