Bakıda qəza tıxac yaratdı – FOTO

Bakıda daha bir yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda bildirlir ki, hadisə səhər saatlarında Koroğlu Rəhimov küçəsinin Fətəli Xan Xoyski küçəsi ilə kəsişməsində baş verib.

Hazırda akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.