Bakıda qəza – XƏSARƏT ALANLAR VAR

Bakının Sabunçu rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

Yenicag.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Cəfərova Günel Əbdülrəhman qızı, 2018-ci il təvəllüdlü A.Cəfərova və 2020-ci il təvəllüdlü S.Şükürzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.