Bakıda qəza – Yük maşını səki daşlarını sıradan çıxardı – FOTO

Bu gün axşam saatlarında Böyükşor küçəsində Balaxanı qəsəbəsi istiqamətində hərəkət edən yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara çıxıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, nəticədə yol təsərrüfatına ziyan dəyib.

Belə ki, yol kənarında qoyulmuş müxtəlif ölçülü 37 səki daşı sıradan çıxıb.