Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda qəzalı vəziyyətdə olan məktəblə bağlı AÇIQLAMA

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 57 nömrəli tam orta məktəbin binasına müvafiq ixtisaslaşdırılmış dövlət qurumu tərəfindən texniki baxış keçirilib və əsaslı araşdırma aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yenicag.az-a bildirilib ki, verilmiş qərara əsasən, məktəbin qəzalı vəziyyətdə olan bir tədris korpusunda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur:

“Oktyabrın 14-dən məktəbin bir korpusunda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması ilə əlaqədar təhsil müəssisəsinin digər korpusunda dərslər ikinövbəli şəkildə davam edir.

Məlumat verildiyi kimi, əlverişsiz hava şəraiti nəticəsində yağış və qrunt sularının 57 nömrəli tam orta məktəbin bir tədris korpusunu qəzalı vəziyyətə salması səbəbindən müəllim və şagirdlərin təhlükəsizliyi nəzərə alınaraq, rəsmi rəy verilənədək (11-13 oktyabr tarixlərində) məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə dərs keçib”.

www.yenicag.az

115
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100