Bakıda qəzaya düşən “Kia” yandı

Bakı şəhərinin Nizami rayonunda “Kia” markalı minik avtomobilinin yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, yanğın nəticəsində avtomobilin mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.