Bakıda qız anasının qızıllarını oğurladı

Bakıda 1000 manat dəyərində qızıl əşyalarının ev sahibəsinin qızı tərəfindən oğurlanması müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən sentyabrın 20-də rayon ərazisindəki evlərdən birindən 1000 manat dəyərində qızıl əşyalarının ev sahibəsinin qızı tərəfindən oğurlanması müəyyən edilib.