Bakıda qoca kişi “Kamaz”ın altında can verdi

5bd743dda8Bakıda 76 yaşlı kişi “Kamaz”ın altında qalaraq ölüb.

Bakı şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə oktyabrın 20-də Binəqədi qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Babək İsmayılov idarə etdiyi “Kamaz” markalı avtomobili arxaya verərkən 1939-cu il təvəllüdlü Ş. Ələsgərovu vurub. Nəticədə Ş. Ələsgərov hadisə yerində ölüb.