Bakıda qonşular arasında dava

8514975 yaşlı ağsaqqal qonşuları tərəfindən sıxışdırıldığını iddia edir. Səbəb isə yaşadığı evin qonşusuna məxsus olmasıdır.

Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bəydəmirov küçəsi 50 ünvanında yaşayan 1939-cu il təvvəlüdlü Ələsgər Quliyevin imdadına qonşusu Camal çatıb. Gənc oğlan deyir ki, ağsaqqal kimsəsiz olduğundan hər gün elə qonşularının təzyiqinə məruz qalır. Biz də ağsaqqalın mənzilinin qapısını döyməli olduq. Görünən dağa nə bələdçi. Hər şey ortadaydı. 75 yaşlı kişinin yaşadığı otaq və onun vəziyyəti göz qabağındaydı.

Ələsgər Quliyevin dediklərinə görə, o elə doğulduğu gündən etibarən burada yaşayır. Ancaq illər keçdikdən sonra İslamovlar ailəsi onun yaşadığı evin bir otağından digərinə köçürüblər. Səbəb kimi də mülkün onlara məxsus olduğu göstərilib. Ayağından əlil olan Ələsgər dayı yaşlandıqca qayğısı da artır. Ailə həyatı qurmayan Ələsgər dayı tək qonşusu Camalın ümidinə qalıb. Ancaq qonşu İslamaovlar ailəsi ona hər gün təzyiq göstərir. Bütün bunlar 75 yaşlı ağsaqqalın fikirləridir.

Bu zaman qonşular da söhbətimizə müdaxilə etməyə başladı. Bildirdilər ki, sənədli, sübütlu bu mülk onlara məxsusdur. Hətta bunu təsdiqləyən məhkəmə qərarı və mülkə dair çıxarışları da var. Dedilər və göstərdilər də. Bununla razılaşmayan ağsaqqalla qonşular arasında mübahisə başladı. (anspress.com)