Bakıda qonşular arasında kütləvi dava olub.
Yenicag.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Ramana qəsəbəsində 1989-cu il təvəllüdlü Rüstəmov İsmayıl Rəfael oğlu qonşuluğunda yaşayan həmyaşıdı ilə mübahisə edib. Mübahisəyə daha 3 nəfər də müdaxilə edib. Nəticədə İ.Rüstəmov 4 nəfər tərəfindən döyülərək kürəyindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır. (“Report”)